İxtİsaslaşdirilmiş və sİfarİşlİ proqram həllərİ

Şirkət korporativ səviyyəli ixtisaslaşdırılmış proqram həllərin yaradılması ilə 10 ildən artıqdır ki, məşğul olur. Hal-hazırda şirkətin proqram həlləri Mərkəzində 100 artıq əməkdaş çalışır: analitiklər, proqramçılar, layihə menecerləri, test keçirənlər, texniki yazıçılar. Mərkəzin Nijni Novqorodda filialı vardır.

 Mərkəzin mütəxəssisləri layihə öncəsi tədqiqatdan tutmuş, sistemin işə salınması, istifadəçilərin təlimi və müşayiətə qədər işlərin tam kompleksini həyata keçirirlər. Bundan başqa, layihə həllərinə çox vaxt yaradılmış sistemin müştərinin informasiya mühitinə inteqrasiyası da daxil olur.

 PT məhsulunun idarə edilməsi texnologiyası

Məhsulun idarə edilməsi texnologiyası bizim üçün böyük əhəmiyyət kəsb edir, belə ki, bu, məhsulun müddətinə ciddi nəzarət etməyə və hazırlanan sistemin keyfiyyətinə təminat verməyə imkan verir. Biz Rational Unified Process (RUP) texnologiyasının uyğunlaşdırılmış variantından istifadə edirik. İşin proseduru hər bir hazırlıq mərhələsində təfərrüatlı təsvir olunub və bura versiyalara nəzarət sistemi ilə iş üsulları, nöqsanların həyat silsiləsi, layihə həllərin təftiş prosedurları, dəyişilmiş tələblər, kodu təftişi, PT korreksiyalarının buraxılışı və s. daxildir. Bu prosedurların davamlı tətbiqi məhsulun hazırlanma müddətinə və keyfiyyətinə real şəkildə nəzarət etmək imkanı verir. Nizamlanmış hesabat proseduru xrclərin qiymətləndirmə proseduru və metodikalarını daim korrektə etməklə planlaşdırılan xərclərlərin planlı xərclərdən kənara çıxmalarını dəqiqliklə təhlil etməyə imkan yaradır.

Tətbiq olunan prosedurlar layihə heyətinin tərkibini də diktə edir, bura reliz-menecer, şərhçi, memar, test-menecer, həmçinin proqramçılar, testçilər və texniki yazarlar daxıildir.

Layihə heyətində müxtəlif istehsalat rollarının və funksional vəzifələrin dəqiq müəyyən edilməsi onun potensialını qısa müddətdə artırmağa imkan verir. Layihə intizamı layihənin vəziyyətini dürüst qiymətləndirmək imkanını təmin edir, bu isə proqram təminatı məhsullarının layihələri üçün xas olan risklərin etibarlı idarə edilməsi üçün şərait yaradır.

İnformasiya texnologiyaları

Memarlıq nöqteyi-nəzərdən biz, üçsəviyyəli sistem tərəfdarıyıq:

  • Məlumatların saxlanma səviyyəsi, bir qayda olaraq, RMBİS Oracle, həmçinin DB2, MS SQL Server, PostgreSQL köməyi ilə həyata keçirilir;
  • Beznes-məntiq səviyyəsi Java-texnologiyalar üzərində həyata keçirilir (WebLogic, WebSphere, Jboss və s.). Həmçinin Kabira Transaction Switch -yüksəkməhsuldarlı tranzaksiya sistemləri üçün ixtisaslaşdırılmış əlavələr serveri istifadə edilir.
  • Əlavələrin nümayiş səviyyəsinin həyata keçirilmə texnologiyası sistemə olan konkret tələblərdən asılıdır. Web2.0-interfeyslərdən tutmuş Net və Swing qədər hamısı istifadə olunur.

Testləşdirmə texnologiyası

Proqram sistemlərini sınaqdan keçirərkən, Mərkəz mütəxəssisləri, bir qayda olaraq, avtomatlaşdırılmış ara testlərindən istifadə edirlər. Bu, məhsulun yeni versiyası buraxıldıqda yeni funksiyaların ayrı-ayrılıqda testləşdirilməsi ilə məhdudlaşmamağa, hər zaman tam reqression sınaqlar aparmağa imkan verir. Məsələn, məhsullarımızdan birinin tam reqression sınağı bir neçə saat çəkir və 1500 artıq fərdi testdən ibarətdir. Avtomatlaşdırılmış testlər elə hesabla həyata keçirilir ki, yükləmə test ssenarilərin yaradılması zamanı onlardan istifadə etmək mümkün olsun. Təbii ki, istifadəçi interfeyslərinin sınağı zamanı ənənəvi əl metodlarından da istifadə olunur.

Nümunəvi həllər

  • Rabitə operatorları üçün inteqrasiya həlləri: şirkətin informasiya strukturuna yeni əlavələrin inteqrasiyası
  • Yüksəkməhsuldarlı ödəniş qəbulu sistemləri
  • «Elektron arxiv».

Həmçinin güc strukturları üçün ixtisaslaşdırılmış tətbiqi həllər. Onlara aiddir:

  • Operativ cavab sistemləri («02 Xidməti»)
  • Güc strukturlarının fəaliyyətinə informasiya dəstəyi üzrə həllər: kartotekalarının yaradılması, informasiya resurslarına vahid giriş nöqtəsinin təşkili.
  • «Əhalinin uçotu» avtomatlaşdırılmış sistemləri.