Bİznes əlavələrİn tətbİqİ

Bank və maliyyə təşkilatları üçün «Cet İnfosistemləri» şirkəti tam spektr xidmət təklif edir – İT-strategiyanın hazırlanması və tətbiqi sistemlərin tətbiqindən tutmuş, korporativ səviyyəli informasiya infrastrukturunun qurulmasına qədər.

«Cet İnfosistemləri» şirkətinin mütəxəssisləri front-office və back-office sistemlərinin, inteqrasiya şinlərinin qurulması sahəsində böyük təcrübəyə malikdirlər.

Bir tərəfdən bank biznesi sahəsində bilik və anlayış, kompleks layihələrin həyata keçirilməsi üzrə böyük təcrübə və layihələrin idarə edilməsi mədəniyyəti digər tərəfdən, mürəkkəb informasiya sistemlərini tətbiq etməyə imkan verir.

«Müştərimiz» - pərakədə biznesə istiqamətlənmiş çoxfiliallı iri bank. O, müştəriləri haqqında aktual və keyfiyyətli məlumat almaqda və bu məlumatları idarə edən müasir informasiya vasitələrində maraqlıdır.

«Cet İnfosistemləri» şirkəti Oracle şirkətinin Oracle Siebel CRM istiqaməti üzrə sertifikatlaşmış tərəfdaşıdır və Business Intelligence and Data Warehousing istiqaməti üzrə Oracle səlahiyyətli Mərkəzi statusuna malikdir.

Bank texnologiyaları Mərkəzinin bazasında Oracle FLEXCUBE müştərilərə yardım Mərkəzi (YM) işləyir. Onun əsas vəzifəsi Rusiya və MDB ölkələri ərazisində FLEXCUBE Avtomatlaşdırılmış Bank Sistemini (ABS) müşayiət etməkdir. YM heyəti Banqalorda (Hindistan) təlim keçmiş və ABS Oracle FLEXCUBE tətbiqi sahəsində təcrübəsi olan «Cet İnfosistemləri» şirkətinin əməkdaşlarından və Oracle Financial Services Software nümayəndələrindən təşkil olunub. YM işini və müştəri sorğularının müşayiətini təmin etmək üçün şirkətin ərazisində RF MB-nın tələblərinə müvafiq olaraq Oracle FLEXCUBE sisteminin lokallaşdırılmış versiyası quraşdırılmışdır.

Xidmətlər

«Cet İnfosistemləri» şirkəti ixtisaslaşdırılmış tətbiqi sistemlərin tətbiqi və onların inteqrasiyası üzrə xidmətlər təklif edir. Bu zaman aşağıdakı biznes-əlavələrdən istifadə olunur:

  • ABS FlexCube
  • CRM-sistemlər
    • Oracle Siebel CRM
    • SAP CRM
  • Analitik sistemlər və məlumatların saxlanc yerləri
    • Oracle Financial Services Applications maliyyə təhlili sistemləri
    • Oracle Mantas Anti Money Laundering
    • Oracle Reveleus risklərin idarə edilməsi sistemi
    • Oracle Enterprise Performance Management ( Oracle Hyperion istehsal xətti)
    • Oracle Business Intelligence
    • SAP SEM, BW, BI
  • Bank hesabatları
  • İnteqrasiya həlləri və sifarişli məhsullar, o cümlədən:
    • Oracle BPEL Process Manager
    • Oracle Enterprise Service Bus
    • Oracle Data Integrator əsasında