Rabİtə operatorlari üçün korporatİv şəbəkələr və şəbəkə həllərİ

Şəbəkə həlləri Mərkəzinin (ŞHM) mütəxəssisləri tərəfindən həyata keçirilən layihələrin fərqli xüsusiyyəti onların kompleksliyi və mürəkkəbliyidir: layihələr əksər hallarda müxtəlif növ çoxvendorlu sistemlərin və həllərin inteqrasiyası ilə bağlı olur. Bu zaman söhbət yalnız şəbəkə həllərindən getmir – şəbəkə və infrastruktur komponentlərin, biznes-əlavələrin (CRM, ERP və s.), multimediya xidmətlərinin (səsli və video məlumatların ötürülməsi), şəbəkə və informasiya təhlükəsizliyi komplekslərinin və s. ümumi inteqrasiyası aparılır.

Mərkəzin mütəxəssisləri hər bir konkret vəzifənin həllinə fərdi yanaşırlar və sahənin aparıcı istehsalçılarının məhsullarından istifadə e dərək, müştərilərə optimal həllər təklif edirlər. Beləliklə də, korporativ müştərinin kiçik LHŞ –dən tutmuş rabitə operatorunun şəhərlər arası/beynəlxalq şəbəkəsinə qədər , demək olar ki, istənilən miqyasda və mürəkkəblikdə məsələnin həlli mümkün olur.

Bugünki gün şəbəkə həlləri Mərkəzində 60 yaxın şəbəkə mühəndisi və layihə meneceri işləyir. ŞHM əməkdaşlarının sərəncamında təklif olunan həllərin nümayişi, həmçinin problemli vəziyyətlərin modelləşdirilməsi üçün özəl laboratoriyalar var.

Korporativ müştərilər üçün həllər

Mərkəz , şəbəkə həllərinin geniş spektrini təklif edir:

  • korporativ şəbəkənin paylaşdırılması;
  • korporativ telefon şəbəkələri, unifikasiya edilmiş kommunikasiyalar;
  • çağırışların emalı mərkəzləri;
  • video-telefoniya və video konfrans rabitəsi;
  • xWDM optik sıxışdırma sistemləri;
  • paylanmış korporativ şəbəkələrin trafikinin optimallaşdırılması və nəzarət sistemləri;
  • məlumatların emalı mərkəzinin mühəndis sistemləri (SKS, telekommunikasiya dolabları, fasiləsiz təchizat)

Məlumatların Emalı Mərkəzləri üçün şəbəkə və mühəndis infrastrukturu:

  • təminatlı elektriktəchizatı sistemləri;
  • ümumi elektriktəchizatı sistemləri;
  • elektrik işıqlandırma sistemləri;
  • soyutma sistemləri;
  • mühafizə siqnalizasiya sistemləri;
  • videomüşahidə sistemləri;
  • girişə nəzarət sistemləri;
  • özül və kabelli kanalların sistemləri;
  • kabel sistemləri;
  • server şəbəkəsi sistemləri.