İT-autsorsİnq və texnİkİ dəstək

«Cet İnfosistemləri» şirkəti korporativ səviyyəli mürəkkəb hesablama komplekslərinə və informasiya sistemlərinə xidmət üzrə ixtisaslaşıb. Bu məqsədlə şirkətdə 1993-cü ildə Servis mərkəzi yaradılıb. Bugün «Cet İnfosistemləri» şirkətinin Servis mərkəzi – İT bazarında Rusiyanın və MDB-nin ən iri servis müəssisəsidir. Burada avadanlıq və PT istehsalçılarının 1500 artıq sertifikatı olan 2000 artıq mühəndis və administrator çalışır. Bundan başqa, Servis mərkəzinin sərəncamında ixtisaslaşmış layihə menecerləri və təcrübəli dispetçerlərdən ibarət ştat vardır. Servis mərkəzinin heyətində çalışan əməkdaşların ümumi sayı 250 artıqdır.

Servis mərkəzinə xidmətin göstərilməsi üçün sifarişlər bir neçə rabitə kanalı ilə vahid dispetçer xidməti tərəfindən sutka ərzində fasiləsiz (24x7 rejimində) qəbul olunur.

Servis mərkəzi istifadəçilərinə günün 24 saatı ərzində fəaliyyət göstərən yardım xidməti ISO 9001:2000 beynəlxalq keyfiyyət menecmenti sistemi üzrə sertifikatlaşdırılıb. Servis mərkəzinə daxil olan bütün sorğular, həmçinin onların həyata keçirilməsi prosesi mütləq qaydada avtomatlaşdırılmış uçot və sifarişlərin icrasına nəzarət sistemində qeydiyyata alınır. Bundan başqa, sifarişlərin uçotu sistemində sifarişçilərin informasiya sistemlərinin xidmət göstərilən komponentlərinin konfiqurasiyalarının bazası yaradılmış və hal-hazırda da aparılır, bu da istismar xüsusiyyətlərini nəzərə alaraq, müxtəlif növ İT-infrastrukturların konsolidasiya edilmiş xidmətini həyata keçirməyə imkan verir. Hal-hazırda konfiqurasiyalar bazasına 140 000 artıq element daxildir.

 Servis mərkəzinin özünün müştərilərin informasiya sistemlərinin məsafədən monitorinqi Mərkəzi vardır. Avtomatlaşdırılmış monitorinq sistemi BMC Software və HP proqram həllərinin əsasında hazırlanıb. Monitorinq və inzibatçılıq üzrə xidmətlər müxtəlif ixtisaslı mühəndis və inzibatçılardan ibarət xüsusi təşkil olunmuş fasiləsiz işləyən xidmət tərəfindən aparılır.

Servis mərkəzinin sərəncamında həmçinin Müştərilərdə quraşdırılan proqram-aparat komplekslərində yarana biləcək problemli vəziyyətlərin modelləşdirilməsi üçün şəxsi laboratoriya vardır. Laboratoriyanın tərkibinə müəssisə miqyaslı server və şəbəkə avadanlığı, serverlərin klaster konfiqurasiyaları, ixtisaslaşdırılmış idarə və tətbiqi proqram təminatı daxıildir.

Bugünki gün Kalininqraddan tutmuş Vladivastoka qədər, Rusiya və MDB-nin 80 şəhərində yerləşən 250 artıq dövlət və kommersiya təşkilatının avadanlığına və PT xidmət göstərilir.

Xidmət göstərilir:

  • 8800 artıq korporativ serverə;
  • 2500 artıq disk massivləri və kitabxanalara;
  • 4100 vahiddən artıq şəbəkə avadanlığına;
  • High-End sinifli 50 server və 50 massiv;
  • 50 klaster kompleksi.

SM mərkəzi ofisi Moskvada yerləşir. Şəxsi mühəndis heyəti olan filiallar fəaliyyət göstərir: səkkizi- Rusiya Federasiyası ərazisində, həmçinin Ukraynada (Kiyev şəh.), Qazaxıstan Respublikasında (Alma-atı şəh.), Azərbaycan Respublikasında (Bakı şəh.).

Hər bir sifarişçinin texniki xidmətə və İT-autsorsinqə olan tələbatı fərdidir. İnformasiya sisteminin yalnız bir komponentinə xidmət göstərilməsi və yaxud bütün İT-infrastrukturun fasiləsiz işləməsini təmin etmək lazımdırsa, «Cet İnfosistemləri» şirkətinin Servis mərkəzi müqavilədə qeyd olunan yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır. Nəticədə müştəri aşağıdakıları əldə edir:

  • biznes üçün əsas olan vəzifələrin həllində fikri cəmləmək imkanı;
  • İT-infrastrukturunun idarə edilməsi üzrə şəxsi işlərin həcminin azaldılması;
  • informasiya sistemlərinin istismarı zamanı risklərin azaldılması;
  • şəxsi İT-xidmətin saxlanma xərclərinin optimallaşdırılması;
  • istismar və maliyyə xərclərini proqnozlaşdırmaq imkanı;
  • şirkətin İT-bölməsinin biznesin dəyişən tələblərinə çevik və cəld reaksiyasının təmin edilməsi;
  • «Cet İnfosistemləri» şirkətindən yüksək keyfiyyətli xidmət təminatı.

Xidmətlər

Biz geniş spektr vəzifələrin həlli üçün xidmətlər təklif edirik – sıradan çıxmış avadanlığın təmirindən tutmuş tamfunksional autsorsinq və informasiya sistemlərinin kompleks xidmətinə qədər.

  • Avadanlıq və proqram təminatına texniki dəstək, o cümlədən multivendor həllərə dəstək. Servis mərkəzinin texniki dəstək proqramları çoxillik uğurlu işin nəticəsidir. Onlar avadanlıq və PT istehsalçıları tərəfindən təklif olunan nümunəvi xidmətləri genişləndirir və tamamlayır. Xidmət proqramlarının əsas elementləri - iş qabiliyyətinin bərpası üzrə təminatlı müddət, sıradan çıxmaların qabaqlanması və proaktiv qarşısının alınmasına yönəlmiş profilaktik xarakterli tədbirlər, həmçinin müxtəlif istehsalçıların avadanlıqlarının və PT-nin qarşılıqlı əlaqə problemlərinin həll edilməsidir.
  • İnformasiya sistemlərinin təşkili, istismarı və kompleks xidməti üzrə İT-autsorsinq xidmətləri: hesablama güclərindən tutmuş məlumatların saxlanma və emalı mərkəzlərində müştərinin informasiya sistemlərinin fasiləsiz işinin yaradılması və təminatına qədər.