Rabİtə operatorlari üçün şəbəkə həllərİ

«Cet İnfosistemləri» şirkətinin informasiya təhlükəsizliyi mərkəzində 130 artıq yüksəkixtisaslı mütəxəssis çalışır və bu gün ə Rusiyanın informasiya təhlükəsizliyi ilə məşğul olan bütün sistem inteqratorları arasında ən iri bölmədir.

«Cet İnfosistemləri» şirkəti informasiya təhlükəsizliyi bazarında 1996-cı ildən işləyir və risklərin nəzərdən keçirilməsi və təhlilindən tutumuş informasiya təhlükəsizliyi vasitələrinin və sistemlərinin tətbiqi və müşayiətinə qədər korporativ sistemlərin mühafizəsi üzrə istənilən miqyasda və mürəkkəblikdə işlərin tam silsiləsini həyata keçirir.

 Həll və xidmətlərin geniş spektri, sertifikasiyadan keçmiş mütəxəssislər və zəngin təcrübə, həmçinin layihə ofisinin dəqiq təşkil olunmuş işi sayəsində iri, o cümlədən iki min nəfər əməkdaşı olan transmilli miqyaslı şirkətlər , layihələrini Mərkəzə etibar edir.

Xidmətlər və həllər

Mərkəz informasiya təhlükəsizliyi üzrə işlərin tam silsiləsini həyata keçirir:

  • risklərin nəzərdən keçirilməsi, təhlili, qiymətləndirilməsi;
  • mühafizənin prosedur-təşkilati mexanizmlərinin hazırlanması və informasiya təhlükəsizliyinin texniki sistemlərinin layihələndirilməsi;
  • informasiya mühafizəsi sistemləri və vasitələrinin gətirilməsi və tətbiqi;
  • tətbiq edilən sistemlərin attestasiyası və sertifikasiyası;
  • müşayiət, autstaffinq və autsorsinq.

Biznes yönümlü həllər

Biznes vəzifələrinin həllərinə yönəlib: əsas biznes-proseslərin təhlükəsizliyinin təmin edilməsindən və biznesin ümumilikdə mühafizəsindən tutmuş, İT xərclərin azaldılmasına və şirkət gəlirlərinin təminatına qədər:

  • biznesin fasiləsizliyinin təminatı (BCP/DR), BCM prosesinin yaradılması;
  • giriş hüququnun mərkəzləşdirilmiş idarə edilmə sistemlərinin yaradılması (IdM);
  • elektron fırıldaqçılıqla mübarizə və gəlirlərin təmin edilməsi funksiyasının qurulması (FM/RA);
  • müəssisənin idarəetmə sisteminin mühafizəsi( ERP);
  • biznes üçün kritik olan məlumatların kənara sızmasının kompleks mühafizəsi (DLP).

Proses yönümlü həllər

İnformasiya təhlükəsizliyinin idarəetməsinin effektiv proseslərinin qurulmasına, bu proseslərin idarə olunmasına və risklərin minimuma endirilməsinə yönəlib:

  • ISO/IEC 27001:2005 standartına müvafiq olaraq informasiya təhlükəsizliyinin idarəetmə sisteminin yaradılması (ISMS);
  • informasiya təhlükəsizliyinin operativ idarəetmə mərkəzlərinin qurulması (SOC), o cümlədən monitorinq, hadisələrin, zəifliklərin və tələblərə uyğunluğun idarə edilməsi proseslərinin tətbiqi və avtomatlaşdırılması.

İxtisaslaşdırılmış sahə həlləri

Təhlükələrlə mübarizəyə və iqtisadiyyatın müxtəlif sahələrinin müəssisələrinə və təşkilatlarına spesifik olan tələblərə uyğunluğunun təminatına yönəlib:

  • maliyyə təşkilatları üçün: ödəniş sistemlərinin PCI DSS standartının (o cümlədən sertifikasiya) tələblərinə uyğunluğunun təminatı, Rusiya Bankının STO BR İBBS-1.0-2008 standartının müddəalarının tətbiqi və onun auditi, şəxsi məlumatların mühafizəsi haqqında qanunvericiliyinin yerinə yetirilməsi (FQ №152 ot 27.07.2006), Basel II sazişinin yerinə yetirilməsi üçün İT risklərinin qiymətləndirilməsi və s.;
  • telekommunikasiya şirkətləri üçün: telekommunikasiya xidmətləri istifadəçiləri üçün İT xidmətinin göstərilməsi üzrə sistemlərin yaradılması (kontent filtrasiyası, antispam və s.), məlumatların ötürülmə şəbəkələrinin mühafizəsi, informasiya təhlükəsizliyi tələbləri üzrə rabitənin attestasiyası və sertifikasiyası, SORM həyata keçirilməsi, FM/RA sinfli həllər;
  • sənaye və YEK müəssisələri üçün: SAP ERP müəssisənin idarəetmə sistemlərinin mühafizəsi, texnoloji prosesin avtomatlaşdırılmış idarəetmə sisteminin və yüksək böhranlı texnoloji proseslərin mühafizəsi
  • dövlət təşkilatları və güc strukturları üçün: informasiya təhlükəsizliyinin Rusiya qanunvericiliyinin tələblərinə uyğunluğunun auditi, TİN FX-nin, STR-K rəhbər sənədlərinin tələblərinin həyata keçirilməsi, avtomatlaşdırma obyektlərinin attestasiyaya hazırlanması və attestasiyanın keçirilməsi, informasiya sistemlərinin QOST R İSO/MGK 15408-2-2002 müvafiq olaraq sertifikatlaşdırılması, şəxsi məlumatların mühafizəsi üzrə həllərin hazırlanması, məxfi elektron sənəd dövriyyəsi sisteminin yaradılması.

İnformasiya təhlükəsizliyinin baza infrastrukturu

Həllər iqtisadiyyatın müxtəlif sahələrinin spesifik xüsusiyyətlərini nəzərə alır. Onlara daxildir:

  • şəbəkə təhlükəsizliyi və ümumi istifadə üçün açıq olan şəbəkələrə qoşulma nöqtələrinin mühafizəsi üzrə həllər;
  • daxili təhlükələrdən mühafizə üzrə həllər;
  • ehtiyat surətçıxarma, sabit konfiqurasiyaların və arxitekturaların yaradılması;
  • mühafizə edilən faylların saxlanma yerləri;
  • mühafizə edilən telekommunikasiya sistemləri;
  • gücləndirilmiş autentifikasiya, açıq açar infrastrukturu (PKI) üzrə həllər;
  • kontent filtrasiyası, antispam, antivirus təhlükəsizliyi və s. üzrə həllər.

İT üzrə şəxsi məhsulların xətti

«Cet İnfosistemləri» şirkəti tərəfindən hazırlanan nadir məhsullar İT bazarında yeni təhlükələrə və tendensiyalara uyğun olaraq daim təkmilləşdirilir:

  • Elektron poçtun monitorinqi və arxivləşdirilməsi sistemi - SMAP «Dozor-Jet» tm;
  • Veb-trafikə nəzarət sistemi- SKVT «Dozor-Jet» tm;
  • Veb-poçtun arxivləşdirilmə modulu «Dozor-Jet» tm;