Şİrkətİn profayli

«Cet İnfosistemləri» şirkəti – aparıcı sistem inteqratorudur. Şirkət 1991-ci ildə yaradılıb.

XIDMƏTLƏR VƏ HƏLLƏR

İri təşkilatın informasiya sahəsində vəzifələrinin həyata keçirilməsi həm irimiqyaslı kompleks layihələr üçün sistem həllərin hazırlanmasını, həm də ayrı-ayrı altsistemlərin sonrakı istismarı üçün yaradılmasını və ya modernləşdirilməsini tələb edir. Buna görə «Cet İnfosistemləri» şirkəti öz müştəriləri üçün sistem inteqratoru, informasiya infrastrukturunun əsas komponetlərinin təchizatçısı və servis xidməti funksiyalarını həyata keçirir.

 Bu funksiyaların birləşməsi, qarşılıqlı razılaşdırılmış texniki həlləri operativ və peşəkar şəkildə hazırlamağa imkan verir. Ayrı-ayrı altsistemlərin hazırlanması və təkmilləşdirilməsi zamanı sistem yanaşmanın tətbiqi isə bu vəzifəni effektiv yerinə yetirməklə bərabər, digər sistemlərə inteqrasiyasını da qabaqcadan nəzərə almağa imkan verir.

İNTEQRASİYA

Sistem inteqratoru funksiyalarının effektiv yerinə yetirilməsi «Cet İnfosistemləri» şirkətində sistem və texniki layihələndirmənin vahid texnologiyası, layihələrin effektiv idarə edilmə sistemləri və ayrı-ayrı işlərlə təmin olunur. Şirkət sistem layihənin hazırlanmasını, müəllif nəzarətini, layihənin icrasının idarə edilməsini və icraçıların texniki koordinasiyasını təmin edir, müştərinin vəzifələrinin kompleks həllinə nail olur.

«Cet İnfosistemləri» - informasiyanın mühafizəsi sahəsində Rusiyanın ən iri inteqratorudur. Tərəfdaşlarının mallarından başqa, şirkət layihələrdə özünün unikal fərdi məhsullarından da istifadə edir. Şirkətin yanaşmasının əsasını , mühafizədə zəif yerlərin aradan qaldırılması üzrə birinci növbədə duran tədbirlərin, risklərin hərtərəfli təhlilinin, informasiya təhlükəsizliyi üzrə uzunmüddətli siyasətin hazırlanması və həyata keçirilməsinin ahəngi təşkil edir.

İT-İNFRASTRUKTUR

Şirkət iri informasiya sistemi infrastrukturunun əsas komponentlərini – korporativ şəbəkə və server komplekslərini hazırlayır və çatdırır . Nadir təcrübə sifarişçinin xüsusiyyətlərini və informasiya texnologiyalarının ümumi inkişaf tendensiyalarını nəzərə alan yüksək məhsuldarlı və yüksək etibarlı həllər yaratmağa imkan verir. Bu cür yanaşma sistemin əsasına çeviklik və təşkilat böyüdükcə və vəzifələri dəyişdikcə gələcəkdə inkişaf etmə imkanını əlavə edir. İri informasiya sistemləri üçün server komplekslərin layihələndirilməsi, həyata keçirilməsi və müşayiəti şirkət fəaliyyətinin ə zəli istiqamətidir.

İDARƏETMƏ, MÜDAFİYƏ, ETİBARLILIQ

İnformasiya sisteminin yüksək istismar xarakteristikaları, fəaliyyətinin etibarlılığı və fasiləsizliyi , layihə həlləri kompleksi və informasiya resurslarının mərkəzləş diril miş idarə edilməsi və hərtərəfli müdafiəsi üzrə nadir təkliflərlə təmin edilir.

Müdafiə, etibarlılıq və idarəetmə sistemləri nin kritik və « aşkarlıq » xarakterin i nəzərə alaraq , demək olar ki, onlar bütün digər altsistemlərlə qarşılıqlı əlaqədə olur .İ ilkin texniki layihələndirmə olmadan onların tərtibatı mümkün deyil.

 Şirkət yanaşmasının əsasını informasiya sisteminin effektiv və etibarlı xidmətinə yönəlmiş proqram-texniki və inzibati-prosedur həllərin ahəngi və göstərilən informasiya xidmətlərinin zəmanətli keyfiyyətinin təminatı nı təşkil edir.

Şirkət informasiyanın mühafizəsi üzrə işlərin aparılmasına hüquq verən lisenziya komplektinə malikdir, bura dövlət sirrini təşkil edən məlumatları daşıyan informasiya da daxil olmaqla, informasiyanın mühafizə vasitələrinin layihələndirilməsi, istehsalı və quraşdırılması aiddir.

TEXNİKİ DƏSTƏK VƏ İT-AUTSORSİNQ

Şirkət korporativ səviyyəli mürəkkəb hesablama komplekslərinin və informasiya sistemlərinin xidməti üzrə ixtisaslaşıb və geniş spektrli məsələlərin həlli üçün xidmət təklif edir – sıradan çıxmış avadanlığın təmirindən tutmuş, tamfunksional autsorsinq və informasiya sistemlərinin kompleks xidmətinə qədər.

İXTİSASLAŞDIRILMIŞ PROQRAM VƏ SAHƏ HƏLLƏRİ

Şirkət 10 ildən artıqdır ki, korporativ səviyyədə ixtisaslaşdırılmış proqram həllərinin yaradılması ilə məşğul dur . Onların hazırlanması üçün sənaye proqram platformalarından, müxtəlif proqram dillərindən istifadə olunur.

Şirkət dövlət və kommersiya müəssisələri, həmçinin iqtisadiyyatın müxtəlif sahə lərinə aid təşkilatlar üçün layihələrin icrası üzrə zəngin təcrübə toplamışdır. Aid olduğu sahədən asılı olmayaraq bütün müəssisə və təşkilatlar tərəfindən istifadə oluna bilən məlumatların emal mərkəzlərinin, korporativ şəbəkələrin qurulması, İT-xidmətlərin idarə edilməsi sisteminin tətbiqi və s. bu kimi həllərlə bərabər, şirkət bu və ya digər sahənin işinə xas olan xüsusiyyətləri nəzərə alan həllər hazırlayır.

Şİrkətİn profayli